“Qarabağ” növbəti mərhələdə


Ağdamın "Qarabağ" klubu Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb.

AzVision.az xəbər verir ki, Azərbaycan çempionu Lüksemburqda "Düdelanj"lın qonağı olub.

Bakıda rəqibinə 2:0 hesabı ilə qalib gələn "Qarabağ" cavab qarşılaşmasında heç-heçə edib - 1:1.

Bu nəticə ilə Ağdam klubu növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu