"Qəbələ" Avroliqanın üçüncü mərhələsində- YENİLƏNİB


Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir.

Turnirdəki digər təmsilçimiz "Qəbələ" klubu bu gün növbəti matçını keçirib. Səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun komandası bu görüşdə də 2:0 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, "Qəbələ" III təsnifat mərhələsində Fransanın "Lill" klubu ilə qarşılaşacaq.


* * *
Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir.

Turnirdəki digər təmsilçimiz "Qəbələ" klubu bu gün növbəti matçını keçirir.

Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində Fransanın "Lill" klubu ilə qarşılaşacaq.

Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu

21:00. "Qəbələ" (Azərbaycan) - MTK (Macarıstan)

İlk oyun - 2:1

Baş hakim: Mete Kalkavan

Köməkçi hakimlər:Ceyhun Sesigözəl və Esat Sancaktar

Dördüncü referi: Serkan Çinar (hamısı Türkiyə)
Bakı. 8-ci km qəsəbə stadionu.

Oyunun 7-ci dəqiqəsində Sergey Zenyov ilk qolu vurdu.

21:16
***

"Qəbələ"nin futbolçusu Uiks 37-ci dəqiqədə komandasının ikinci qolunu vurdu. (Aznews)

[media=https://www.youtube.com/watch?v=kIKZcuImjdY]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu