Rusiyanı Olimpiadaya buraxdılar, amma bir şərtlə...


Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya yığmasının 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarından kənarlaşdırılmayacağını təsdiq edib.

BOK-un yaydığı məlumatda belə deyilir.

Bu barədə qərar BOK İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edilib.

Bununla bərabər, Rusiya yüngül atletlərinin Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı ilə bağlı qərarın bu idman sahəsi üzrə beynəlxalq federasiya tərəfindən qəbul ediləcəyi bildirilib. Eyni zamanda BOK Dari Klişnoy istisna olmaqla, rusiyalı yüngül atletlərin Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyini təsdiqləyib, əvvəllər dopinq qəbul edən rusiyalı idmançıların Yay Olimpiya Oyunlarına buraxılmayacağını vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu