Futbolçumuz Ronaldonun keçmiş klubunda


Daha bir gənc futbolçumuz karyerasını Portuqaliya çempionatında davam etdirəcək.

"Kəpəz"in yarımmüdafiəçi Budaq Nəsirov Portuqaliyanın "Sportinq" klubuna transfer olunub. Gənc futbolçumuz Portuqaliyanın "Sportinq" klubu ilə 5 illik müqavilə imzalayıb. Nəsirov yeni klubunda 86 nömrəli formada çıxış edəcək.

Ötən mövsümü 2-ci yerdə başa vuran "Sportinq" bu mövsüm Çempionlar Liqasında mübarizə aparacaq.

Qeyd edək ki, dünya ulduzu olan futbolçu C.Ronaldo 1997-ci ildən 2003-cü ilə qədər "Sportinq" klubunda forma geyinib.

Xatırladaq ki, bundan əvvəl futbolçularımız Elnur Cəfərov Portuqaliyanın "Tondela", Emin Mahmudov isə "Boaşvişta" klubuna keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu