Olimpiya yığmamız Braziliyaya yola düşür


Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın olimpiya yığma komandasının Braziliyanın Rio-de-Janeyro şəhərinə XXXI Yay Olimpiya Oyunlarına yolasalma mərasimi keçirilir.

Komandanı Braziliyaya aparacaq çarter reysi gecə saat 1-də yola düşəcək. XXXI Yay Olimpiya Oyunlarına yola düşən Azərbaycan güləşçisi Toğrul Əsgərov Rio-de-Janeyroya böyük ümidlərlə getdiklərini bildirib: “İdmançılar yarışlara kifayət qədər güclü hazırlaşıblar. Olimpiya oyunlarına gedən bütün idmançılarımız peşəkardırlar. Biz əlimizdən gələni edəcəyik ki, ölkəmizə medallarla qayıdaq. Bizə yaradılan bütün bu şəraitə görə ölkə rəhbərliyinə təşəkkürümüzü bildiririk".
Qeyd edək ki, olimpiyaçılarımızın bir hissəsi artıq Rio-de-Janeyrodadır. (Modern)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu