Azərbaycan karateçiləri Türkiyədə 6 medal qazanıb


Medallardan 2-si qızıldır.

Türkiyənin Ərzurum şəhərində keçirilən 13-cü "Palandökən" beynəlxalq turnirində çıxış edən Azərbaycan karateçiləri 6 medal qazanıblar.
"Report"un məlumatına görə, milli komandamızın üzvləri 2 qızıl, 1 gümüş və 3 bürünc medala layiq görülüblər.
Yeniyetmə və gənclərdən ibarət seçmə komandanın üzvlərindən Fəridə Əliyeva (21 yaşadək gənclər, 68 kq) və İsmayıl Quliyev çempion olublar. Roman Heydərov (gənclər və böyüklər milli komandası, kata) turnirin gümüş medalına, Asya Məlikova (21 yaşadək gənclər seçmə komandası, 50 kq) və Murad Hacızadə (16-17 yaşlı gənclər, 76 kq) isə bürünc mükafata sahb olub.
Ceyhun İsmayılov, Ayxan Novruzov və Səbuhi Quluzadə 14-15 yaşlıların komanda kata yarışlarında 3-cü yeri tutublar. Ceyhun İsmayılov həmçinin fərdi kata yarışlarında bürünc mükafat qazanıb. Beynəxlaq dərəcəli hakim Cahangir Babayev yarışı idarə edənlər arasında olub.
Qeyd edək ki, milli komandadan əlavə, "Qaraqapan", "MKM", "Dostluq" və "Arpaçay" klublarının digər idmançıları da Ərzurumda beynəlxalq turnirdən müxtəlif mükafatlarla dönüblər. Turnirdə 30 ölkədən 2 000-dən çox idmançı iştirak edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu