“Qəbələ”-“Maribor” oyunu da 21:00-da başlayacaq


"Qəbələ" və Sloveniyanın "Maribor" komandaları arasındakı futbol üzrə Avropa Liqasının ilk "pley-off" matçının başlama saatı müəyyənləşib.

Klubdan "Report"a verilən məlumata görə, avqustun 18-də keçirilək qarşılaşma saat 21:00-da başlanacaq.

Görüş "Bakcell Arena"da təşkil olunacaq.

Qeyd edək ki, cavab görüşü avqustun 25-də Maribor şəhərindəki "Lyudski vrt" stadionunda keçiriləcək.

Xatırladaq ki, avqustun 18-də “Qarabağ”ın İsveçdə “Göteborq”a qarşı keçirəcəyi oyun da Bakı vaxtı ilə 21:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu