Azərbaycanlı atlet finala vəsiqə qazana bilmədia


Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən atlet Anna Skidan mübarizəyə qoşulub. 24 yaşlı idmançı qadınlar arasında çəkicatma növündə B qrupunda çıxış edib.

Onun 3 cəhdindən ən yaxşısı 70,09 metr olub. Digər cəhdlərində Skidan çəkici 67,05 metr və 68,98 metr uzaqlığa atıb.

Bu nəticə ilə Azərbaycan təmsilçisi qrupu 7-ci pillədə başa vurub və finala yüksələn 12 ən güclü çəkicatan sırasına düşə bilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu