Əfsanəvi üzgüçü 27-ci medalını qazanıb


Rio-2016 Yay Olimpiya Oyunlarında qeyri-adi hadisə baş verib.

AzVision.az-ın məlumatına görə, qeyri-adi hadisə üzgüçülük yarışlarında qeydə alınıb. Belə ki, üzgüçülüyün `Butterfly` üsulu ilə 100 metr məsafəyə üzən idmançılardan 3-ü gümüş medal qazanıb.

Bunun səbəbi hər 3 idmançının eyni vaxtda finiş xəttinə çatmasıdır. Gümüş medal qazanan üzgüçülərdən biri Amerikalı əfsanəvi üzgüçü Maykl Felpsdir.

Felps bununla Olimpiadalarda 27-ci medalını (22 qızıl, 3 gümüş, 2 bürünc) qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu