Kamran Şahsuvarlı ölkəmizə boksda ilk medalı qazandırdı


Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı 1/4 final döyüşünə çıxıb. Gənc idmançının rəqibi qazaxıstanlı Janıbek Alimxanulı olub.

Görüşü yüksək əzmkarlıqla keçirən Şahsuvarlıya ilk raundda hər 3 hakim, ikincidə isə onlardan 2-si qələbə verib. Sonuncu raundda da ümumi nəticə dəyişməyib. Beləliklə, Azərbaycan boksçusu yarımfinala yüksələrək, ən azı bürünc medalı təmin edib. Bu, "Rio-2016"da 3-cü, boksda isə ilk medal olub.

Qeyd edək ki, Kamran Şahsuvarlının növbəti mərhələdə rəqibi kubalı Arlen Lopes olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu