"Göteborq" - "Qarabağ" oyunu canlı yayımlanacaq


Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycanın "Qarabağ" klubu sabah İsveçin "Göteborq" komandasının qonağı olacaq.

"Qarabağ" futbol klubunun saytında verilən məlumata əsasən, bu qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq. Oyun sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xatırladaq ki, avqustun 25-də baş tutacaq cavab görüşü də "İdman Azərbaycan" kanalında canlı yayımlanacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu