AFFA bir oyunun yerini dəyişib, Rihannanın konsertini ləğv etdi


Sentyabrın 22-də start götürəcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə artıq son hazırlıq işləri aparılır. Azerisport.az xəbər verir ki, ümumilikdə 32 qarşılaşmanın keçiriləcəyi çempionatın oyun cədvəlində kiçik dəyişiklik edilib.

Oktyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi nəzərdə tutulmuş 1/4 final oyunu (çempionatın 27-ci oyunu) eyni tarix və saat saxlanılmaqla 8-ci km stadionunda baş tutacaq. Oyun günü iştirakı gözlənilən dünya şöhrətli pop ulduz Rihannanın stadionda çıxışı da təxirə salınıb. Rihannanın oktyabrın 6-da “Crystall Hall”da keçiriləcək konsert proqramı isə qüvvədə qalır.

Qeyd olunmuş oyunun biletlərini artıq əldə etmiş bütün azarkeşlərin diqqətinə çatdırılır ki, bu biletləri AFFA-nın inzibati binasında təhvil verib, ödənilmiş məbləği geri ala bilərlər. Qeyd edək ki, 8-ci km stadionunda keçiriləcək 1/4 final oyununun biletlərini də elə həmin satış nöqtəsindən əldə etmək mümkündü.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu