Azərbaycan milli komandasında daha bir futbolçu itkisi baş verib


Bakıda təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib.

AFN.az AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, müdafiəçi Bədavi Hüseynov zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub.
"Qarabağ"ın futbolçusu 2018-ci il dünya çempionatının seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.

Qeyd edək ki, daha öncə Bakı "İnter"inin müdafiəçisi Ruslan Abışov da eyni səbəbdən millinin toplanışını tərk etməli olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu