Bu gecə Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək


Bu gecə keçiriləcək Açılış mərasimi ilə 2016-cı il Rio-De-Janeyro Yay Paralimpiya Oyunları start götürəcək. Yerli vaxtla saat 18:15-də (Bakı vaxtı ilə saat 01:15-də) başlanacaq mərasim "Marakana" stadionunda təşkil ediləcək. Tədbir zamanı Azərbaycanın bayrağını cüdo üzrə ikiqat paralimpiya çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi, eləcə də 2 qat dünya və 6 qat Avropa çempionu İlham Zəkiyev aparacaq. Üstəlik, Açılış mərasimində azərbaycanlı izləyicilər üçün sürpriz də hazırlanıb.

Yarışlara sentyabrın 8-dən start veriləcək. Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 27 paralimpiyaçı ilə təmsil olunacaq ki, onların da 6-sı qadındır. İdmançılar cüdo, atletika, üzgüçülük, güllə atıcılığı, kamandan oxatma və pauerliftin növlərində 44 medal uğrunda mübarizə aparacaqlar.

Nümayəndə heyəti Rio-de-Janeyroya sentyabrın 2-də yola düşüb. Sentyabrın 5-də Paralimpiya Kəndində Azərbaycan bayrağının qaldırılma mərasimi keçirilib.

Paralimpiada sentyabrın 18-də başa çatacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu