AFFA-dan “Zirə”nin baş məşqçisinə xəbərdarlıq


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın V turunun bəzi oyunları ilə bağlı qərarlar qəbul olunub.

Sentyabrın 19-da Premyer Liqanın V turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Qarabağ” – “Zirə” matçında isə “Zirə” klubunun baş məşqçisi Adil Şükürov oyunsonrası mətbuat konfransına gecikdiyinə görə xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə daha ağır cərimə olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu