Mourinyo Terimə SMS yazıb təriflədi


Türkiyə millisinin baş məşqçisi Fatih Terimi Hollandiya ilə dünənki oyun münasibətilə ilk təbrik edən şəxs “Çelsi”nin baş məşqçisi Joze Mourinyo olub.

Dünən axşam Avro-2016-nın seçmə mərhələsinin V turunda keçirilən Hollandiya-Türkiyə matçı 1:1 hesabı ilə bitib. 1:0 hesabı ilə öndə olan Türkiyə artırma dəqiqələrində qapısında qol görüb.

AFN.az virtualaz.org saytına istinadən xəbər verir ki, Türkiyənin Hollandiyaya qarşı göstərdiyi oyun hər kəs tərəfindən bəyənilib. Oyunu bəyənənlər arasında “Çelsi”nin portuqaliyalı baş məşqçisi Joze Mourinyo da var.

Bu barədə Türkiyə millisinin baş məşqçisi Fatih Terimə keçirdiyi mətbuat konfransında məlumat verilib. F.Terim deyib ki, “oyunumuz bəyənlib, lakin son dəqiqələrdə şansımız gətirmədi”.

Baş məşqçi onu SMS-lə ilk təbrik edən şəxsin Mourinyo olduğunu da deyib: “Joze mənə mesaj yazıb “mükəmməlsiniz” dedi. “6 dəqiqə uzatma olmasaydı, fərqli olardı” deyə mesajında yazıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu