Azərbaycanla oyun öncəsi Ronaldoya supertəklif
Madrid klubundan ildə 10 milyon avro alan portuqaliyalı forvarda bu mövsümdən etibarən 16 milyon avro ödəniləcək. Buna səbəb isə İspaniyada əcnəbi futbolçular üçün müəyyənləşdirilən verginin 52 faiz olmasıdı.
Bundan əlavə Peres ona karyerasının sonunadək “Real”da qalmaq təklifini irəli sürəcək. Ronaldonun incikliyinin qarşılığında klub rəhbərliyi məhz belə təkliflə çıxış etmək qərarına gəlib.
Qeyd edək ki, Ronaldo ildə 10 milyon avro qazancla dünyada ən çox qazanan futbolçular sırasında 9-cu yerdə qərarlaşıb.