UEFA-nın yeni prezidenti Bakıya gəlir


UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis Bakıya gələcək.

Virtualaz.org bildirir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumata görə, səfər AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak məqsədilə gerçəkləşəcək.

Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.

Xatırladaq ki, Aleksander Çeferin sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar Konqresdə UEFA-nın prezidenti seçilib.

Onu da qeyd edək ki, UEFA rəsmilərini Azərbaycan paytaxtına AFFA-nın prezidenti Rövnəq Abdullayev dəvət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu