Futbol üzrə dünya çempionatında 48 komanda yarışacaq


FİFA prezidenti Canni İnfantino 2026-cı ildən etibarən dünya çempionatlarında 40 və ya 48 millinin oynaması ilə bağlı qərarın gələn ilin yanvar ayında veriləcəyini açıqlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, İnfantino mətbuat nümayəndələrinə açıqlamasında Dünya Kubokunun komanda sayına İsveçrənin Sürix şəhərində təşkil olunacaq FİFA toplantısında qərar veriləcəyini bildirib.

Komanda sayının artırılmasının ümumilikdə müsbət qarşılandığını deyən FİFA prezidenti vurğulayıb ki, artıq bütün dünyada futbolun keyfiyyəti artır.

Qeyd edək ki, hazırki sistem üzrə dünya çempionatında 32 milli komanda mübarizə aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu