Çingiz Abdullayevlə bağlı xəbər qismən doğrudur


“Çingiz Abdullayevin “Neftçi” futbol klubuna gətirilməsi məsələsi həqiqətə uyğundur”.


AFN.az xəbr verir ki, bunu aznews.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza deyib. Onun sözlərinə görə, Xalq yazıçısı Çingiz Abdullayevin “Neftçi”nin rəhbərliyinə gətirilməsi məsələsi çoxdan müzakirə olunur: “Amma qərarını gözləmək lazımdır. Rəsmi qərar açıqlanandan sonra qəti fikir deyiləcək. Bu gün ölkə mediasında bu haqda xəbəri hər kəs öz bildiyi kimi yazıb. Sabah saat 17.00-da seçkilər keçiriləcək. Namizədlərdən biri də Çingiz Abdullayevdir. Təbii ki, səs versələr, Çingiz Abdullayev “Neftçi” klubunun rəhbəri olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu