"Qarabağ" ilk "100-lük"də


Avropa Liqasının qrup mərhələsinin IV turunda PAOK-u 1:0 hesabı ilə məğlub edən "Qarabağ"ın UEFA klubların reytinq cədvəlində mövqeyi dəyişib.

Ağdam təmsilçisi 13 pillə irəliləyərək 18.050 xalla 99-cu yerdə qərarlaşıb. "Qarabağ" bununla da ilk "100-lük"də qərarlaşan ilk Azərbaycan klubu olub.

Siyahıda "Qarabağ"dan başqa Azərbaycanın daha 6 klubu var. 9,800 xala malik “Neftçi” 159-cu, 7,800 xalı olan “Qəbələ” 181-ci pillədə qalıb. Sonuncuların irəliləyə bilməməyinə səbəb Bakıda Fransa “Sent-Etyen”inə 1:2 hesabı ilə uduzmasıdı.

1 pillə irəliləyib, 219-cu yerdə qərarlaşan “İnter”in 6,050 xalı var. Artıq fəaliyyətini dayandırmış “Xəzər Lənkəran” 4,550 xalla 274-cü yerə şərikdi. Digər komandalarımızdan “Kəpəz” (4,050) 297-ci, “Bakı” (3,800) 306-cı yerin şərikidi.

Qeyd edək ki, siyahıya “Real” (151,685) başçılıq edir. “Bavariya” (Almaniya) 146,756 xalla 2-ci, “Barselona” (İspaniya) 136,685 xalla 3-cü pillədə qərarlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu