Premyer Liqa: "Qarabağ" "Qəbələ" ilə şərikli liderliyə yüksəldi


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

Turun son oyununda "Zirə" və "Qarabağ" komandaları qarşılaşıblar.

İlk 45 dəqiqədə qapılara qol vurulmayıb. İkinci hissəyə daha fəal başlayan "Qarabağ" 69-cu dəqiqədə istəyinə çatıb. Dani Kintana meydan sahiblərinin qapısına yol tapıb. 10 dəqiqə sonra Qurban Qurbanovun rəhbərlik etdiyi komanda rəqib torunu ikinci dəfə silkələyib. Bu dəfə Elvin Yunuszadə fərqlənib. Qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra "Qarabağ" xal ehtiyatını 25-ə yüksəldərək "Qəbələ"yə çatıb. Hazırda bu iki komanda şərikli liderdir. "Zirə" isə 14 xalla 4-cüdür.

Günün ilk oyunu Şüvəlanda keçirilib. Autsayder AZAL "Qəbələ"ni qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb. 11 oyundan 25 xal toplayan "Qəbələ" turnir cədvəlinin 1-ci pilləsində də qalıb. Sonuncu pillədə olan AZAL isə xal ehtiyatını 4-ə çatdırıb.("Report")



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu