Azərbaycan futbolçusu qəfil öldü


Azərbaycan Premyer Liqasında iştirak etmiş futbolçu Şəhriyar Xəlilov dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə "Kəpəz" klubunun mətbuat katibi Azad Mustafayev məlumat verib.

Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi 25 yaşında ikən ürəktutmasından vəfat edib.

Şəhriyar Xəlilov vaxtilə "Qarabağ", "Qəbələ", "Xəzər Lənkəran" və "Bakı"da oynayıb. Amma son vaxtlar klubsuz imiş...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu