Formula-1 üzrə Azərbaycan Qran-prisinin ilk bileti alınıb


Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin müdiri mətbuat konfransında deyib

Bakıda 2017-ci ilin iyununda keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisinin ilk bileti İngiltərədən alınıb.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin müdiri Bülent Özərdim bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, ilk bilet onlayn satış başlanandan bir neçə dəqiqə sonra alıcısını tapıb: "Bilet İngiltərədən sifariş olundu. Ardınca Rusiyadan bilet sifarişi verildi. Bu da xaricdə yaşayanların Azərbaycan Qran-prisinə olan marağı göstərir".

Qeyd edək ki, Azərbaycan Qran-prisi gələn il iyunun 23-25-də keçiriləcək.(report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu