Adil Əliyev: "Azərbaycan dünyada idman ölkəsi kimi tanınır"


"Mötəbər beynəlxalq yarışları yüksək səviyyədə təşkil edən Azərbaycan hazırda dünyada idman ölkəsi kimi tanınır. Bu da Azərbaycana olan etimadı ilbəil artırır".

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Kikboksinq Federasiyasının hesabat iclasında federasiyanın prezidenti, millət vəkili Adil Əliyev deyib.

Onun sözlərinə görə, sevindirici haldır ki, dövlət olimpiya idman növləri ilə qeyri-olimpiya idman növləri arasında heç bir fərq qoymadan hər ikisinə eyni diqqət və qayğını göstərir. Həmin qayğının hiss olunduğu sahələrdən biri kikboksinqdir. "Bu idman növünün ölkəmizdə təbliği və inkişaf istiqamətində indiyə qədər xeyli işlər görülüb" görülüb deyən Adil Əliyev qeyd edib ki, Azərbaycan Kikboksinq Federasiyası 20 illik tarixə malikdir. Kikboksinq qeyri-olimpiya oyunları sırasına daxil olmasına baxmayaraq, artıq Azərbaycanda sevimli idman növünə çevrilib: “Gənclər və İdman Nazirliyinin ən perspektivli idman növləri sıralarına daxil olan federasiya gələcəkdə gənclərdə idmana marağı daha da artıracaq və ən əsası, vətənə layiqli və vətənpərvər gənc nəsilin yetişdirilməsində yardımçı olacaq” .

Adil Əliyev əsas məqsədlərinin idmanın inkişafını dəstəkləmək, kikboksinqin kütləviliyini təmin etmək, gənclərdə vətənpərvərlik hissini gücləndirmək, yeniyetmə və gəncləri narkomaniya və pis vərdişlərdən uzaqlaşdırmaq olduğunu qeyd edib. Həyata keçirilən işlərin nəticəsidir ki, kikboksçularımızın beynəlxalq arenalarda əldə etdikləri uğurlar ilbəil yüksəlir. Onlar arasında dünya və Avropa çempionları, beynəlxalq turnirlərin mükafatçıları var.

Federasiyanın vitse-prezidenti Güloğlan Cabbarov bildirib ki, bu illər ərzində Azərbaycanın bu idman növü üzrə yığması müxtəlif qitələrdə keçirilən beynəlxalq turnirlərdən qalib kimi ayrılıb. Asiya, Avropa və Afrika idmançılarına qarşı döyüşən kikboksçularımız vətənə qalibiyyətlər qazandırıb. Bu yaxınlarda gənc kikboksçularımızın Avropa çempionatından qayıtdıqlarını bildirən vitse-prezident bu turnirdən 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazandıqlarını iştirakçıların nəzərinə çatdırıb.

[media=https://www.youtube.com/watch?v=0gkQQGAU4JM]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu