"Xəzər Lənkəran" UEFA-nın ayırdığı pulu AFFA-dan tələb edir: "Sizə borcumuz yoxdur!"


Məlum olduğu kimi, dünən UEFA tərəfindən müxtəlif təyinatlar üzrə ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada 10 klubumuzun hesabına köçürülməlidir.

"Xəzər Lənkəran" klubuna çatmalı 171687 avro 68 sent (AVRO-2016-nın seçmə mərhələsində milli komandada futbolçusunun iştirakına görə 120583.68 + uşaq futbolu ilə bağlı ayrılan 51104 avro) isə AFFA tərəfindən verilməyəcək.

AFFA bunu belə əsaslandırıb: “Xəzər Lənkəran” klubunun AFFA, PFL, FIFA və UEFA qarşısında yerinə yetirilməmiş maliyyə öhdəlikləri olduğu üçün UEFA-nın ayırdığı vəsaitdən AFFA-ya və PFL-ə olan borclar əvəzləşdiriləcək, yerdə qalan məbləğin təyinatı üçün AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq müraciət ünvanlanacaq. Hər iki beynəlxalq futbol qurumunun tövsiyələri əsasında qeyd olunan maliyyə vəsaiti ilə bağlı qərar qəbul olunacaq".

Məsələ ilə bağlı bu klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq: "Bizim PFL-ə borcumuz yoxdur. PFL-ə İntizam Komitəsindən yaranan borclarımızı bizə ötən mövsüm teleyayıma görə çatmalı pulla kompensasiya edib sıfırlamışıq. AFFA-ya isə nə borcumuz ola bilər ki? Klub fəaliyyətini davam etdirir. Əsas komandamız Premyer Liqada və I dəstədə çıxış etməsə də, aşağı yaş qruplarımız mübarizə aparırlar və milliyə futbolçu verirlər. AFFA-nın bizə hansı borc kəsəcəyini və UEFA-ya nə formada müraciət edəcəyini gözləyirik. Hər halda əsaslandırılmalıdır ki, hansı borca görə UEFA-dan bizə ayrılmış puı bizə verilmir".

Sonda həmçinin onu da öyrəndik ki, hazırda "Xəzər Lənkəran"ın baş mühasibi Fidan Paşayeva AFFA-dakı həmkarı ilə bu məsələyə aydınlıq gətirməyə çalışır.(qaynarinfo.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu