“Qarabağ” ili lider kimi başa vurdu


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2016-cı ilin son turu keçirilib.

"Report"un məlumatına görə, XIV turun son oyununda "Qarabağ" və "İnter" komandaları qarşılaşıb.

Qış fasiləsindən öncə Premyer Liqada baş tutmuş son görüşdə qapılara qol vurulmayıb. Komandalar nə qədər çalışsalar da, oyunda hesab açılmayıb.
On dörd oyuna 32 xal toplayan "Qarabağ" ili birinci pillədə başa vurub. Bakının "İnter" klubu isə 25 xalla 3-cü pillədə möhkəmlənib.

Qeyd edək ki, turun digər oyunlarında "Qəbələ" "Kəpəz"i 2:1, "Sumqayıt" "Zirə"ni, AZAL isə "Neftçi" 1:0 hesabı ilə məğlub edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu