"Qalatasaray"a daha bir ULDUZ


Türkiyənin "Qalatasaray" futbol klubu İspaniyanın "Vilyareal" klubunda forma geyinən Aleksandre Patonu transfer etmək istəyir.

Bu barədə Trend "Marca" qəzetinə istinadən məlumat verir.

Bundan əvvəl "Korintians"dan "Vilyareal"a 3 milyon avroya transfer edilən braziliyalı oyunçu üçün yaxşı təklif geldiyi halda İspaniya tərəfinin Patonun gedişinə razılıq verməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, "Qalatasaray" "Barselona"nın futbolçusu Aleyks Vidalı da heyətinə cəlb etmək üçün danışıqlar aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu