Dünya çempionatında komandaların sayı artırıldı


Hər qrupda 3 komanda olmaqla 16 qrupa bölünəcək

Beynəlxalq Futbol Federasiyası (FIFA) Dünya Çempionatının finalında çıxış edəcək millilərin sayını 32-dən 48-ə qaldırıb. Dünyanın ali futbol qrumu yeni formatın ilk dəfə 2026-cı ildə təşkil olunacaq Dünya Çempionatında nəzərdə tutulduğunu bəyan edib.

Hər qrupda 3 komanda olmaqla 16 qrupa bölünəcək. Ən yaxşı iki komanda isə play-offa gedəcək. Qeyd edək ki, 2026-cı ildə Dünya Çempionatının təşkil ediləcəyi ölkənin adı hələlik məlum deyil.

Ev sahibliyinə namizəd ölkələr:

Hindistan

Çin

Ekvador

Boliviya

Peru və Paraqvay (birgə)

Kanada

Yeni Zelandiya



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu