Azərbaycanlı futbolçu Yunanıstan klubunda


"Sumqayıt" klubunun futbolçusu Amit Quluzadə Yunanıstan Super Liqasında çıxış edən AEL-lə müqavilə imzalayıb.

Bu barədə sosial şəbəkədə yarımmüdafiəçinin özü bildirib.

İyirmi beş yaşlı futbolçu Amit Quluzadə karyerası ərzində Azərbaycanın "Neftçi", "Rəvan", "Qəbələ", Türkiyənin "Ərciyyəspor" və Portuqaliyanın "Atletiko" klublarında çıxış edib.

O, Larrisa tamsilçisi ilə 2.5 illik müqavilə imzaladığını açıqlayıb.

Onu da qeyd edək ki, futbolçu bu transferə görə, "Sumqayıt" klubunun rəhbərliyinə təşəkkür edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu