"Qalatasaray" klubu yeni transferini açıqlayıb


Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report"un məlumatına görə, "Gənclərbirliyi"ndə çıxış edən Ahmet Çalıkla 4.5 illik müqavilə imzalanıb.

Transfer üçün "Gənclərbirliyi"nə 2.3 milyon avro ödəniləcək. 23 yaşlı müdafiəçi "Qalatasaray"da çıxış etdiyi hər mövsümdə 900 min avro qazanacaq. Cari mövsümdə isə onun gəliri 450 min avro olacaq.

Bundan başqa, "Qalatasaray" Super Liqa və UEFA bayrağı altında keçirilən oyunlarda çıxış edəcəyi halda və 3 xal qazansa, o, 5 min avro əldə edəcək. O, ilk "11-lik"də olarsa 100%, əvəzetmədən meydana daxil olarsa 50%, adı iştirak ərizəsində olarsa 25% mükafat alacaq. A.Çalık yeni komandasında 3 nömrəli futbolka ilə çıxış edəcək.

Qeyd edək ki, Ahmet Çalık "Gənclərbirliyi"ndə 2011-ci ildən forma geyinib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu