“Barselona”dan futbol tarixində görünməmiş qələbə



Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

Avropa.info xəbər verir ki, 1/4 finalın daha iki iştirakçısının adı məlum olub.

Parisdə gözlənilmədən PSJ-yə 0:4 hesabı ilə uduzan “Barselona” bu dəfə rəqibi ilə “Nou Kamp”da qarşılaşıb. Kataloniyalılar ilk görüşdəki ağır məğlubiyyətin əvəzini çıxmağa çalışıb. “Barsa” ikinci hissənin əvvəlində 3:0 hesabı ilə önə keçsə də, Kavaninin qolu meydan sahiblərinin ümidinin üstündən xətt çəkib. Lakin görüşün sonluğu inanılmaz alınıb. Hakimin matçın sonuna əlavə etdiyi dəqiqələrdə 2 qol vuran Luis Enrikenin komandası 6:1-lik fantastik qələbə qazanıb.

Günün digər qarşılaşmasında isə “Benfika” Dortmund “Borussiya”sının qonağı olub. Portuqaliyada keçirilən ilk görüşdə “Benfika” 1:0 hesabı ilə qalib gəlsə də, 1/4 finala adlayan tərəf almanlar olub. Rəqibin qapısından 4 cavabsız qol keçirən “Borussiya” mübarizəni davam etdirir.
Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları
8 mart

“Barselona” (İspaniya) – PSJ (Fransa) 6:1
Qollar: Suarez, 4 (1:0), Kurzava, 40-avtoqol (2:0), Messi, 48-pen (3:0), Kavani, 62 (3:1), Neymar, 88 (4:1); 90-pen (5:1), S. Roberto, 90+5 (6:1)
İlk oyun – 0:4
“Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya) 4:0
Qollar: Aubameyanq, 4, Pulisiç, 59, Aubameyanq, 61; 80
İlk oyun – 0:1

7 mart
“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) – 1:5
İlk oyun – 1:5
“Napoli” (İtaliya) – “Real” (İspaniya) – 1:3
İlk oyun – 1:3
14 mart

23:45. “Yuventus” (İtaliya) – “Portu” (Portuqaliya)
İlk oyun – 2:0
23:45. “Lester” (İngiltərə) – “Sevilya” (İspaniya)
İlk oyun – 1:2
15 mart

23:45. “Monako” (Fransa) – “Mançester Siti” (İngiltərə)
İlk oyun – 3:5
23:45. “Atletiko” (İspaniya) – “Bayer Leverkuzen” (Almaniya)
İlk oyun – 4:2



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu