Bakı-2015 dünya KİV-lərində


Rusiyanın məşhur "Arqumentı i Faktı" nəşri Bakıda keçiriləcək ilk Avropa oyunlarına həsr olunmuş yazı dərc edib.

AFN.az-ın məlumatına görə, yazıda bildirilir ki, Rusiya Olimpiya Komitəsi bu ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa oyunlarında iştirak edəcək yığma komandanın təxmini tərkibini müəyyənləşdirib. “Bu gün biz yarışlarda iştirak edəcək yığma komandamızın tərkibini müəyyənləşdirmişik”, - Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov söyləyib: “Avropa oyunlarında bütün idman növləri üzrə ən güclü idmançılarımız iştirak edəcək. Siyahıda 360 idmançının iştirakı gözlənilir. Qarşımızda bir məqsəd durur – qeyri-rəsmi komanda birinciliyində qələbə qazanmaq üçün var-gücümüzlə çalışmaq”.
Yazıda daha sonra bildirir ki, Avropa qitəsi tarixində ilk dəfə keçirilən Avropa oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində 2015-ci il iyunun 12-dən 28-dək davam edəcək: "Avropa oyunları nədir? Bu idman yarışları özlüyündə mini-Olimpiadanı xatırladır. Onlar Asiada (Asiya), Ümumafrika oyunları (Afrika), Panamerikan oyunları (Şimali və Cənubi Amerika) və Panərəb oyunları (Yaxın Şərq) kimi yarışların analoqudur".

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu