Final: "Qarabağ", yoxsa "Qəbələ"?- VİDEO




Bu gün Azərbaycan kubokunda 2016/2017 mövsümünün final oyunu keçiriləcək.

"Qaynar"ın xəbərinə görə, həlledici görüşdə “Qarabağ”la “Qəbələ” üz-üzə gələcək. Bununla da Azərbaycanda futbol mövsümünə yekun vurulacaq.

Kubokun final qarşılaşması ilk dəfə olaraq Naxçıvanda oynanılacaq.

Ardıcıl 4 ildir ölkə çempionu olan “Qarabağ” “qızıl dubl” etməyə çalışacaq. Qurban Qurbanovun komandası bunu bacarsa, Azərbaycan futbolunda yeni tarix yazacaq. Belə ki, heç bir klub indiyədək nə ardıcıl üç dəfə ölkə kubokunu qazanıb, nə də üç mövsüm “qızıl dubl” edib.

“Qəbələ” isə Naxçıvanda ilk titulunu qazana bilər. Roman Qriqorçukun komandası üç ildən sonra yenidən final oyununa çıxır.

Kubokun açılışı saat 16:00-da olacaq. Daha sonra isə oyun başlayacaq.


5 may

Azərbaycan kuboku

Final

16:00.“Qarabağ” – “Qəbələ”
Naxçıvan. Şəhər stadionu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu