ABŞ-ın ən yaşlı Olimpiya çempionu vəfat etdi





Üzgüçülük üzrə 1936-cı il Olimpiya oyunlarının çempionu Adolf Kifer 98 yaşında vəfat edib.



AFN bildirir ki, bu haqda Reuters agentliyi məlumat yayıb.

İdmançı İllinoys ştatındakı evində 99 yaşının tamamına bir ay qalmış vəfat edib.

Çikaqo sakini olan idmançı, 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında 100 metrlik məsafəni arxası üstə üzməkdə qızıl medal qazanıb. O, həmin məsafəni 1 dəq 5,9 saniyəyə qət edərək, Olimpiaya rekordu müəyyən etmişdi ki, həmin nəticə 20 il ərzində dəyişilməz qalmışdı. Kifer qızıl medalı 18 yaşında qazanmışdı.


Rafiq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu