Millidən qovulan Arda Turan: "Peşman deyiləm"




Türkiyə yığmasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Arda Turan milli komandada karyerasını başa vurduğunu bəyan edib.

"Anadolu" agentliyinin məlumatına görə, bu barədə o, iyunun 6-da keçirdiyi mətbuat konfransında bildirib.

Arda Turan deyib: “Ölkəmi, bayrağımı, xalqımızı çox sevirəm. Hər dəfə “İstəsəniz, kənara çəkilə bilərəm” deyirdim. Artıq bu zamanın gəldiyini düşünürəm. Bu günədək birgə çalışdığım hər kəsə, o cümlədən komanda yoldaşlarıma, mənə dəstək olan ailəmə təşəkkür edirəm. Həyatım boyunca nə etmişəmsə, əvəzini ödəməyə hazıram və yenə ödəyəcəyəm. Həm komandaya, həm də federasiyaya daha böyük zərər gəlməməsi üçün milli komandada karyeramı şərəflə yekunlaşdırıram”.

O, jurnalistə hücum etməsindən peşman olmadığını və özünü rahat hiss etdiyini bildirib. Futbolçu hər zaman belə hallara qarşı eyni reaksiya verəcəyini vurğulayıb.

Qeyd edək ki, Arda Turan Makedoniya ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra Sloveniyaya uçmağa hazırlaşan təyyarədə jurnalist Bilal Meşeni təhqir edib, onu vurmağa çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu