Çempionlar Liqası, yaxud Avropa Liqası: Bakıda hansı final oyunu keçiriləcək?




2018/19 mövsümü üçün futbol üzrə avrokubokların final oyunlarının keçirilməsinə sifarişlərin qəbulu başa çatıb. Bakı həm Çempionlar Liqasının, həm də Avropa Liqasının final oyununun keçirilməsinə namizəddir.

UEFA-nın rəsmi saytında yerləşdirilmiş məlumata əsasən, Çempionlar Liqasının final oyununun keçirilməsinə cəmi iki namizəd var: Madridin “Metropolitano” stadionu və Bakı Olimpiya Stadionu.

Avropa Liqası finalının keçirilməsi isə aşağıdakı 3 stadiondan birinə tapşırılacaq: Bakı Olimpiya Stadionu, Sevilyadakı “Ramon Sançes Pisxuan” stadionu və İstanbuldakı “Beşiktaş Arena”.

Yekun qərar 2017-ci ilin sentyabr ayının 21-də veriləcək. Çox ehtimal ki, Çempionlar Liqasının finalını ala bilməyəcəyi təqdirdə Avropa Liqasının finalı Bakıya həvalə ediləcək.

Əgər UEFA Çempionlar Liqasının finalının Bakıda keçirilməsi ilə bağlı qərar versə, Bakı Olimpiya Stadionundakı tamaşaçı yerlərinin sayı artırılacaq. Belə ki, hazırda arena cəmi 68 min tamaşçı üçün nəzərdə tutulub, lakin UEFA-nın qaydalarına əsasən, Çempionlar Liqasının finalının keçiriləcəyi stadion ən azı 70 min tamaşaçı tutmalıdır. Bu məqsədlə stadiondakı dörd tuneldən ikisi bağlanacaq və tamaşaçı yerlərinin sayı 70 minə çatdırılacaq.

Bundan əlavə, final oyununun keçirilməsi üçün Bakı hava limanı 24 saat ərzində 200 çarter reysini qəbul etmək iqtidarında olmalı, şəhərin otelləri eyni vaxtda 50 min qonağı qəbul etməyə hazır olmalıdır.(Virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu