Çingiz Abdullayevdən yeni təyinatlar


Bu gün "Neftçi"nin Müşahidə Şürasının növbəti iclası keçirilib.

Toplantıda qəbul olunan qərara görə Vəli Qasımovla Dmitri Kramarenko bu gündən etibarən flaqmanda çalışacaq.

Vəli Qasımov bakılılarda idman direktoru, Kramarenko isə isə qapıçılarla üzrə məşqçi kimi fəaliyyət göstərəcək. Bunu "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev də təsdiqləyib.

Qeyd edək ki, Kramarenko gənc qapıçılar üzrə məşqçi işləyəcək. Pavels Doroşevs isə əsas komandadakı işində qalacaq.(ANS)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu