Prosineçki Azərbaycandan gedir- Müqavilə ləğv ediləcək




"Bursaspor" millimizin baş məşqçisi Robert Prosineçki ilə razılığa gəlib.

AFN Qol.az-a istinadən xəbər verir ki, klub prezidenti Ali Ayın rəhbərliyi altında həyata keçirilən danışıqlar nəticəsində tərəflər arasında 2 illik ilkin razılaşma əldə olunub.

Xəbərdə Prosineçkinin meneceri Yaşar Çalışırla birgə Bakıda AFFA rəhbərliyi ilə görüşdüyü bildirilib. Görüş zamanı AFFA ona yeni müqavilə təklif etsə də, Prosineçki qərarını verdiyini və "Bursaspor"da çalışmaq istədiyini açıq şəkildə söyləyib.

Prosineçkinin sabah AFFA ilə ilin sonunadək olan müqaviləni ləğv edəcəyi və daha sonra Türkiyəyə getməyi planlaşdırdığı iddia edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu