Volkan Dəmirəl "Qarabağ"ı rədd etdi




"Fənərbaxça"nın qapıçısı Volkat Dəmirəl Azərbaycan klublarının birindən təklif alıb. Bu barədə türk qolkiperin menecer Erdinç Şehit "Bein Sports"a açıqlamasında bildirib.

O deyib ki, Azərbaycan da daxil olmaqla, 3 ölkədən təklif alıblar. Ancaq buna baxmayaraq, E.Şehit V.Dəmirəlin "Fənərbaxça"da qalmaq istədiyini söyləyib: "Azərbaycan, İtaliya və ABŞ-dan təkliflər var. Amma “Fənərbaxça”dan başqa komanda istəmirik. Transfer pəncərəsi açıldıqdan sonra "Fənərbaxça" ilə görüşəcəyik. Mövsüm başa çatan kimi İtaliyadan təklif alsaq da, razılıq vermədim”.

Türkiyə mətbuatının məlumatına görə, Volkan Dəmirələ təklif göndərən klub "Qarabağ" olub. Ağdam klunu ona 2 illik müqavilə təklif edib. Lakin qolkiper "Fənərbaxça"dan təklif gözlədiyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu