“Bavariya”nın hücumçusu həbs edildi




Almaniyanın “Bavariya” (Münhen) futbol klubunun hücumçusu Kinqsli Koman məişət zorakılığı ittihamı ilə həbs olunub.

Virtualaz.org ESPN telekanalına istinadən xəbər verir ki, futbolçunun 21 yaşlı rəfiqəsi polisə müraciət edərək, birgə yaşadığı Koman tərəfindən döyüldüyünü bildirib. Münaqişəyə səbəb isə bu olub ki, qız futbolçunun “İnstagram” səhifəsinə daxil olmağa cəhd edib.

Hücumçu zorakılıq aktında günahını boynuna alıb. Kinqsli Komanın barəsində qaldırılmış cinayət işi üzrə məhkəmə sentyabr ayına təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu