Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır




Bu gün Avropa Liqasında 2017/18 mövsümünə start veriləcək. APA-nın məlumatına görə, I təsnifat mərhələsində 100 komanda mübarizə aparacaq.

Bu isə o deməkdi ki, ilk oyunlar çərçivəsində 50 görüş baş tutacaq.

Turnirdəki təmsilçilərimizdən “İnter” üçün “Fola” (Lüksemburq) - “Milsami” (Moldova) cütündə kimin üstün olacağı böyük önəm kəsb edir. Belə ki, bakılılar Serbiyanın “Mladost” komandasını mübarizədən kənarlaşdıracaqları halda, II təsnifat mərhələsində məhz bu cütün qalibi ilə üz-üzə gələcəklər.

İlkin mərhələdən azad olan “Qəbələ” isə diqqətini “Dinamo” (Batumi, Gürcüstan) - “Yagelloniya” (Polşa) cütünə yönəldəcək. İki oyunun nəticəsinə görə sevinəcək tərəf növbəti mərhələdə “Qəbələ”nin önünə çıxacaq.

Avropa Liqasındakı digər təmsilçimiz “Zirə”nin isə növbəti mərhələyə adlayacağı halda, Rumıniyanın “Astra” klubu ilə üz-üzə gələcəyi öncədən bəlli idi.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

29 iyun

21:00. “Zirə” (Azərbaycan) - “Differdanj” (Lüksemburq)

22:30. “Mladost” (Serbiya) - “İnter” (Azərbaycan)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu