Qalatasaraydan daha bir transfer




Qalatasaray uzun zamandan bəri axtardığı sağ cinah müdafiəçisi problemini həll etmək üzrədi.



AFN Türkiyə mətbuatına istinadən xəbər verir ki, sarı-qırmızılılar İspanyanın Sevilya klubunda forma geyinən braziliyalı müdafiəçi Mariano Fereirayla razılığa gəlib. 31 yaşlı futbolçu ilə danışıqlar müsbət nəticə verib və Qalatasaray bu transferin baş tutacağı təqdirdə İspan klubuna 4 milyon avro verməyə hazır olduğu bildirilib. İki klub arasında bazarlığın sona çatmaq üzrə olduğu, qısa zamanda rəsmi məlumatın yayılacağı xəbəri verilib.

Seviliya ilə keçən sezon 43 rəsmi oyuna çıxan Fereira 4 qol ötürməsinin müəllifidi.

www.ntvspor.net



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu