Kamran Ağayev Çexiya klubuna transfer olundu




Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Çexiyanın "Mlada Boleslav" klubuna keçib.

"Report"un məlumatına görə, bu barədə klubun idman direktoru Duşan Uqrin açıqlama verib.

O bildirib ki, 31 yaşlı qolkiper heyətə cəlb olunan 3 yeni oyunçudan biridir. Uqrin Ağayevin gəlişi ilə komandadakı qapıçıların sayının 3-ə çatdığını bildirib. Digər 2 çərçivə qoruyucuları Yakub Diviş və Ludek Veymoladır.

"Mlada Boleslav" Avropa Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Şemrok Rovers" klubunu səfərdə 3:2, evdə 2:0 hesabı ilə yenib. Növbəti mərhələdə rəqib Albaniyanın "Şkenderbeu" klubu olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu