“Judo Club-2012”nin yetirməsi Avropadan medalla qayıtdı





İyulun 25-də Macarıstanın Dyop şəhərində yeniyetmələrin Avropa Olimpiya festivalı start götürüb.



AFN xəbər verir ki, festivalın proqramına daxil olan cüdo yarışlarında Azərbaycan yığma komandası da iştirak edir. Komandanın tərkibində ilk uğur qazananlardan biri “Judo Club-2012” idman klubunun yetirməsi Vüsalə Kərimova olub. Yarışların birinci günündə o, 40 kq çəki dərəcəsində tatami üzərinə çıxaraq öz rəqibləri ilə gərgin mübarizə aparıb. Fransa və Rusiya cüdoçularına qalib gələn Vüsalə həlledici görüşdə Belçika nümayəndəsi Jente Verstraytenlə qarşılaşıb. Gərgin mübarizə belçikalı idmançının qələbəsi ilə başa çatıb. Vüsalə Kərimova Avropa Olimpiya festivalının gümüş medalına layiq görülüb.

Yeniyetmə cüdoçularımız mötəbər yarışda mübarizəni davam etdirirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu