Fatih Terim istefa verdi





Fatih Terim istefa verib.



Bu barədə Türkiyə Futbol Federasiyası rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, bu gün TFF rəhbərliyi ilə Fatih Terim arasında görüş baş tutub: "Bir müddətdi ictimaiyyət arasında və mətbuatda gündəm halına gətirilməyə çalışılan bəzi futboldan kənar məsələlər Türkiyə futbol direktoru Fatih Terim ilə Türkiyə Futbol Federasiyasını qarşı qərəzə çevirilib. Bir araya gələn tərəflər yolları ayırmağın hər iki tərəf üçün də xeyirli olacağı qənaətinə gəlib. İstər Türkiyədə, istərsə də dünyada uğurları ilə özünü təsdiq etmiş və türk futboluna böyük xidmətləri olmuş dəyərli baş məşqçimizə təşəkkür edir, bundan sonrakı həyatında uğurlar arzulayırıq". (Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu