Bakıda çempion idmançılar etiraz aksiyası keçirir- FOTOLAR




Bakıda bir ay sonra Sərbəst güləş və Yunan-Roma güləşi üzrə dünya çempionatına hazırlaşan idmançılarımızın etiraz aksiyası başlayıb.



Bu barədə BAKU.WS-in hadisə yerində olan əməkdaşı məlumat verir.

İdmançılarımız Gənclər və İdman Nazirliyini, habelə bu idman növləri üzrə məsuliyyətli olan aidiyyatı qurumları boykot etməyə çağırış edir.

Aksiyaçılar arasında Azərbaycanı dünya arenasında təmsil edən idmaçılarımız var. "Excelsior" otelin qarşısında təxminən 30-a yaxın güləşçi etiraz edir. Onların əsas iddiası budur ki, güclü və əzmli olmaq üçün onlara yaradılan şərait heç ürəkaçan deyil. 12 aydır maaş almadıqlarını bildirirlər: "Yemək verilmir, həkimlər, masajistlər yoxdur."

Dünya Çempionatına qatılmaq üçün hər bir idmançı xərcini özü qarşılayır. Maddi imkanı olmayan isə gedə bilmir.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu