“Qarabağ” Moldovada tarix yazdı- Yenilənib




Ağdamın “Qarabağ” komandası futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində cavab matçına çıxıb.
Ağdam klubu səfərdə Moldovanın “Şerif” komandası ilə qarşılaşır.


“Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Riçard Almeyda, Miçel, Dino Ndlovu, Donald Qerye, Ansi Aqolli və Mahir Mədətov yer alıblar.

Tiraspol şəhərində “Şerif” stadionunda keçirilən oyunu İsraildən olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Roy Reynşreyberdir. Ona həmyerliləri Amihay Yehoşua Mozes və Dan Uçeniç kömək edirlər. Oyunda dördüncü hakim funksiyasını Daniel Bar Natan yerinə yetirir.

Xatırladaq ki, bu komandalar arasında Bakıdakı ilk görüş 0:0 hesabı ilə başa çatıb.

Azərbaycan çempionu səfərdə sərfəli nəticə əldə edəcəyi təqdirdə qitənin ən nüfuzlu klub turnirində “play-off” mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olacaq.

***

Oyunun ilk hissəsi Ağdam klubunun üstünlüyü ilə başa çatıb. Matçda ilk qolu “Qarabağ”ın futbolçusu Dino Ndlovu vurub.

***

Mişel 86-cı dəqiqədə vurduğu qolla "Qarabağ"ı hesabda önə çıxarıb. Oyun hazırda 0:2 Ağdam klubunun üstünlüyü ilə davam edir.

***

“Şerif”-“Qarabağ” oyunu başa çatıb. Qurban Qurbanovun yetirmələri səfər oyununda 2:1 hesabı ilə qalib gələrək iki oyunun nəticəsinə görə Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu