“İnter” niyə “Keşlə” oldu?- AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 9-08-2017, 13:33    |    Xəbər oxunub: 649 dəfə
“İnter” niyə “Keşlə” oldu?-


“İnter” PİK-nın Müşahidə Şurasının sədri Zaur Axundov klubun adının “Keşlə” ilə əvəzlənəcəyinə aydınlıq gətirib. O, paytaxt təsmilçisinin rəsmi saytına açıqlamasında bunun səbəblərini açıqlayıb.


Z.Axundov deyib ki, klubun adının “İnter” olması birbaşa paytaxt təmsilçisinin sabiq sponsoru Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı idi: “Məlum olduğu kimi, 2017-ci ilin yanvar ayında ABB yeni struktur dəyişiklikləri ilə əlaqədar olaraq “İnter” Peşəkar İdman Klubuna sponsorluq etməkdən imtina edib. Bu dövrdən etibarən AFFA-ın klubu kənar idarəçiliyə götürüb və klubun Premyer Liqada və Avropa Liqası oyunlarında iştirakını təmin edib. Klubun adının “İnter” olması bilavasitə ABB ilə bağlı olduğu üçün hazırda onun adının dəyişdirilməsi zərurəti meydana çıxıb. Ona görə də klubun bazasında hüquqi varisi olaraq “Keşlə” FK-nın yaradılmasına ehtiyac yaranıb. Bunun üçün hüquqi prosedurlar başlanıb və proses yaxın müddət ərzində başa çatacaq".

O bildirib ki, klubun adının dəyişdirilməsi azarkeş bazasının da artacağına ümid yaradır: “Klubun bazası Keşlə ərazisində yerləşir. Ona görə də ümid edirik ki, Keşlə ərazisində yaşayan futbolsevərlər klubun oyunlarına gələrək komandaya dəstəklərini nümayiş etdirəcəklər. Hüquqi prosedurlar başa çatana qədər klub “Keşlə” FK adından brend olaraq istifadə edəcək. Prosedurlar yekunlaşdıqdan sonra tam olaraq “Keşlə” FK adı ilə fəaliyyət göstərəcək”.

Qeyd edək ki, “İnter” 2004-cü ilə qədər “Xəzər Universiteti” adlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Roberto Karlos həbs edildi

Roberto Karlos həbs edildi

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Dolların məzənnəsi dəyişmədi

Dolların məzənnəsi dəyişmədi

ABŞ sakini lotereyada 760 milyon dollar udub

ABŞ sakini lotereyada 760 milyon dollar udub

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Sabaha olan hava

Sabaha olan hava PROQNOZU

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

"Qarabağ"ı Bakıda belə qarşıladılar- VİDEO

Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu

Ermənistan ordusunda homoseksuallıq:

Ermənistan ordusunda homoseksuallıq: Gənc əsgərləri zorlayırlar

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur