Qurban Qurbanov: "Sabah bizi ağır oyun gözləyir"




"Birinci oyundan sonra demişdim ki, cavab matçı daha çətin olacaq. Rəqib ilk dəqiqələrdən pressinq tətbiq edəcək".

"Qaynarinfo" xəbər verir ki, görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində sabah "Kopenhagen"in qonağı olacaq.

Matçdan öncə mətbuat konfransı keçirən Qurbanov öz fikirlərini bildirib. O, sabah komandasını çətin görüş gözlədiyini etiraf edib: "Bu oyunda daha çox güc sərf etməliyik. Rəqib komanda azarkeşlərinin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacaq. Biz də bunun qarşısını almaq üçün meydana çıxacağıq. Sabah bizi ağır oyun gözləyir. Şansımız var və bu şansdan maksimum istifadə etməyə çalışacağıq”.

Qeyd edək ki, bu komandaların Bakıda baş tutan ilk duelində "Qarabağ" 1:0 hesablı qələbəyə sevinib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu